![]() |
Səbinə Bayramova Jolly Gamza |
“Jolly Gamza” uşaqlar üçün yazılmış yumor və sevinc dolu bir nağıl kitabıdır. Əsərin əsas qəhrəmanı – Qəmzə daim gülən, ətrafındakı hər kəsə şənlik və xoşbəxtlik bəxş edən bir qızcığazdır. Onun gülüşü sehr kimidir – kədərli adamı sevindirir, yorğun insanı ruhlandırır, hətta heyvanlar və təbiət də bu gülüşdən pay alır. Qəmzə həm dostları, həm də ailəsi üçün “Gülüş kraliçası” adlanır. O, sadə oyunlarla belə dünyanı rəngarəng göstərir, balaca uşaqları birləşdirir, insanlara mehribanlığın və sevginin gücünü xatırladır. Fərqli üslubda yazılmış "Jolly Gamza" (Gülüş Kraliçası Qəmzə) adlı karikatura kitabı İngilis və Azərbaycan dillərində nəşr olunan bu əsər 2-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu kitab həm dil öyrənməyə, həm də uşaqlarda empatiya, sevgi və gülüş kimi müsbət duyğuların formalaşmasına xidmət edir. Səbinə Bayramova bu əsəri ilə uşaq ədəbiyyatında yeni bir nəfəs yaratmağa çalışmış, eyni zamanda ədəbiyyata vizual, cəlbedici bir yenilik gətirmişdir.