![]() |
James Clear Atomik vərdişlər |
Bir monet insanı varlandıra bilərmi? Deyəcəksiniz ki, əlbəttə yox. Bəs daha birini əlavə etsək? Daha birini? Daha birini? Hansısa məqamda kəmiyyət keyfiyyətə keçəcək. İndi təsəvvür edin ki, cüzi bir dəyişiklik həyatınızı tamamilə dəyişir. Fantastik səslənir! Amma monet məsələsindəki kimi, mürəkkəb faiz təsiri işə düşür. Nəhayət, budur, kiçik, amma müntəzəm bir hərəkət böyük nəticələrə gətirib çıxarıb. Atomik vərdişlər içində nəhəng gücün gizləndiyi kiçik dəyişikliklərdir! Siz çoxdan dəyişmək istəyirsiniz, amma alınmır. Kədərlənməyin! Günahkar siz deyilsiniz, sistemdir.
