Fyodor Dostoyevski Alçaldılmış və Təhqir Edilmiş Insanlar

Turalll
👍 0
👎 0

Fyodor Dostoyevski - Alçaldılmış və Təhqir Edilmiş Insanlar

Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir.

Əsərdəki bütün hadisələr də Alyoşanın İxmenevin evinə gəlməsindən sonra baş verir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir…

F.M. Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş insanlar» romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır.

F.M. Dostayevski bu romanı sürgündən qayıtdıqdan sonra 1857-1861-ci illər arasında yazmışdır. Roman ilk dəfə 1861-ci ildə “Vremya” jurnalında çap olunmuşdur. Yazıçının sağlığında bu roman daha iki dəfə – 1865-ci və 1879-cu illərdə nəşr edilmişdir.


PDF
EPUB
💬

Okur Tartışmaları

0 Yorum

Yorum Gönder

0 Yorumlar

Yorum Gönder (0)
📚
📖

Arxiv taranır...

🇹🇷Türkçe
🇦🇿Azərbaycan
🇬🇧English
🇷🇺Русский
💬
Canlı Chat ● CANLI
Yüklənir...
Bize Bir Kahve Ismarla
Kitabbul App

Kitabbul Uygulaması

⚡Çevrimdışı Oku • Reklamsız • Her Zaman Hızlı

👋 Kulübe Giriş Yap

Kullanıcı adınızla giriş yapın veya anında yeni üyelik oluşturun.