Mahatma Qandi - Bütün Insanlar Qardaşdır

Turalll


Mahatma Qandi - Bütün Insanlar Qardaşdır 


Qandi sübut etdi ki, insan yalın əllə təpədən-dırnağacan silahlı nəhəngləri məğlub edə bilər.


O, qeyri-zorakı ictimai itaətsizlik vasitələri ilə öz ölkəsini - dünya əhalisinin beşdə birini ingilis müstəmləkəçiliyindən azad etdi.



"Qanun" nəşriyyatı Hindistanın müstəqilliyinin memarı Mahatma Qandinin "Bütün insanlar qardaşdır" kitabını Azərbaycan dilində nəşr edib.



Qandi həm də bəşər tarixinin ən böyük mütəfəkkirlərindəndir. 



Onun humanizmi insanın öz nəfsini iradəsinə tabe edərək daxilindəki tükənməz enerjini xeyir işlər görmək üçün sərf etməsinə əsaslanır.



O, aralarında böyük ziddiyyətlər olan Hindistanın müxtəlif məzhəblərini ölkənin maraqları uğrunda bir araya gətirə bilən lider olub.



Qandi heç bir demokratiya təcrübəsi olmayan Hindistanı həm əsarətdən azad edib, həm də ölkəsində demokratik və dünyəvi dövlət qurmağı bacarıb.



Eyni zamanda Hindistanda uşaqların tərbiyəsi, qadın haqları məsələsini də bir an belə unutmayıb.



Bu kitabda tarixin ən böyük müəllimlərindən olan Qandinin düşüncələri toplanıb.


PDF
EPUB

Yorum Gönder

1 Yorumlar

  1. “Mahatma Qandi – Bütün İnsanlar Qardaşdır” kitabı mənə çox dərin təsir bağışladı. Qandinin qeyri-zorakılıq prinsipi ilə apardığı mübarizə, insan iradəsinin gücünə olan inamı və hər kəsi əhatə edən humanist yanaşması kitabın hər səhifəsində hiss olunur. Onun sözləri sadəcə tarixi bir liderin deyil, həm də böyük bir müəllimin h
    əyat fəlsəfəsini əks etdirir. Qandinin qadın haqları, uşaqların tərbiyəsi və dinlərarası birliyi vurğulaması onu zamanından çox irəlidə bir şəxsiyyətə çevirir. Azərbaycan dilində nəşr olunması isə bu fikirləri daha geniş oxucu kütləsinə çatdırmaq baxımından çox dəyərlidir. Hər kəsə oxumağı tövsiyə edirəm.

    YanıtlaSil
Yorum Gönder